"Gürcü Arzusu"nun baş naziri "İmedi" kanalına verdiyi müsahibədə
bildirib ki, hakim partiya 64 bələdiyyənin hamısında həm mer,
həm də bələdiyyə şurası seçkilərində qalib gəlməyi
planlaşdırır.
"Onlar artıq belə bir şeyi bir dəfə etmişdilər. O vaxt
da imza toplayıb parlamentə girməyəcəklərini elan etmişdilər, amma
sonda girdilər. 4 il əvvəl baş verən hadisələri xatırlayıram. İndi
də deyirlər ki, yerli özünüidarəetmə seçkilərində iştirak
etməyəcəklər. Bunu da açıq şəkildə bəyan ediblər. Onlar öz
rəhbərləri nəyi əmr etsə, onu yerinə yetirirlər. Amma bəlkə də
onların belə keçə bilməyəcəyi müəyyən qırmızı xətlər var. Bu qədər
müddətdir həm prezidentin, həm də baş nazirin qeyri-legitim
olduğunu iddia edirlər. İndi isə həmin iki şəxs tərəfindən təyin
edilmiş seçkilərdə iştirak etmək onlara da çətin gələ bilər,
baxmayaraq ki, prinsipiallıqdan tamamilə uzaqdırlar.
Biz 64 bələdiyyənin hər birində həm mer seçkilərində, həm də
bələdiyyə şurası seçkilərində qalib gəlməyi planlaşdırmışıq və
buradan tam əminlik və inamla deyə bilərəm ki, biz 64 bələdiyyənin
hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərində böyük
üstünlüklə qalib gələcəyik", – deyə Kobaxidze
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415