Kvemo Kartli qadınlara qarşı zorakılığın bütün növlərinin qeydə alındığı yeganə bölgədir
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Gürcüstanda 2024-cü ildə qadınlara qarşı zorakılıq halları ilə bağlı 893 həbs qətimkan tədbiri seçilib. Bunların əksəriyyəti – 483-ü Tbilisidə, 65-i isə Kvemo Kartlidə verilib.

Kvemo Kartli Gürcüstanda 2024-cü ildə qadınlara qarşı zorakılığın bütün növlərinin qeydə alındığı yeganə regiondur. Daxili İşlər Nazirliyinin qadınlara qarşı zorakılıq növləri ilə bağlı açıqladığı statistikaya fiziki, psixoloji,
iqtisadi, cinsi zorakılıq, məcburiyyət və biganəlik kimi hallar daxildir.

DİN-in statistikasına görə, Gürcüstanda qadınlara qarşı zorakılığın ən çox yayılmış forması psixoloji zorakılıqdır və bununla bağlı 836 fakt müəyyən edilib. Ötən il Daxili İşlər Nazirliyi tərəfindən 175 fiziki zorakılıq, 45 cinsi zorakılıq, 29 məcburiyyət, 6 iqtisadi zorakılıq, 2 biganəlik faktı müəyyən edilib.

Kvemo Kartlidə müəyyən edilən zorakılıq hallarından 61-i psixoloji, 11-i fiziki zorakılıq, 6-sı məcburiyyət, 3-ü cinsi zorakılıq, 1-i iqtisadi zorakılıq, 1-i isə biganəlik olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google