Kolagir və Arxılı kəndlərini birləşdirən körpü qəzalı vəziyyətdədir – kənd sakinləri təhlükədən narahatdırla(FOTO/VİDEO)r
Kolagir və Arxılı kəndlərini birləşdirən körpü qəzalı vəziyyətdədir. Sovet dövrünə aid olan və uzun illərdən bəri istifadə edilən körpü piyadalar və avtomobillər üçün nəzərdə tutulub. İndi həmin körpünün piyadalar üçün nəzərdə tutulan hissələri və digər konstruksiyaları uçub.


Kənd sakinlərinin sözlərinə görə, körpü kənd əhalisi üçün çox vacibdir. Çünki həm Arxılı, həm də Kolagir kəndlərinin sakinləri gündəlik həyatlarında
bu körpüdən istifadə edirlər. Həmin körpüdən mal-qaraları otlağa aparmaq və əkin sahələrinə gedib-gəlmək üçün istifadə edirlər.

İki kəndi birləşdirən körpü Xram çayının üzərində, magistral yoldan kənarda yerləşir. Əhalinin dediyinə görə, kənd sakinləri və mal-qara sahibləri körpüdən istifadə edərkən qorxu içində hərəkət edirlər.


Kənd sakinləri onu da bildirdilər ki, bir neçə il əvvəl körpüdən keçərkən bir qadın yıxılaraq həyatını itirmişdi. Buna baxmayaraq, körpüdə bu günə qədər heç bir təmir işləri aparılmayıb. Kənd əhalisi təcili tədbirlər görmək və körpünün təhlükəsizliyini təmin etmək üçün dövlətdən kömək istəyirlər. Həmin keçid hər iki kəndin sakinləri üçün gündəlik həyatda çox önəmlidir və hər gün minlərlə insan tərəfindən istifadə olunur.

Məsələyə aydınlıq gətirmək üçünBolnisi merinin Arxılı kəndi üzrə icra nümayəndəsi Taleh İsayevlə əlaqə saxladıq. O, "Marneuli" radiosuna bildirdi ki, körpünün qəzalı vəziyyətdə olması ilə bağlı məlumatı var. O, bununla bağlı Bolnisi meriyasına müraciət edib.

"Bu haqda məlumatım var. Bununla bağlı Bolnisi meriyasına ərizə ilə müraciət etmişik. Həmin körpü Bolnisi meriyasının balansında deyil. Yol departamentinin balansındadır. Ona görə də, meriya da bizim ərizə əsasında Gürcüstan Avtomobil Yolları Departamentinə müraciət edib. İndi departamentdən cavab gözləyirik".

İsayev onu da bildirdi ki, həmin körpü 1984-1985-ci illərə qədər əsas yol kimi istifadə edilirdi. Daha sonra Kolagir və Arxılı kəndləri arasında yeni körpü tikilərək istifadəyə verilidi. Ondan sonra həmin körpüdən yalnız kənd sakinləri istifadə edirlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google