Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri
Leonid Slutski bildirib ki, Gürcüstanda Saakaşviliyə qarşı
çıxarılan hökm suverenlik,
rusofobiya və müstəqilliklə alver edənlər üçün, ilk növbədə isə
Zelenski üçün yaxşı bir dərs olacaq.
Slutski qeyd edib ki, Saakaşvili layiq olduğunu aldı. Bu barədə
məlumatı rusiyapərəst təbliğat mediası yayıb və Slutski onlara
açıqlama verib.
Xatırladaq ki, Tbilisi Şəhər
Məhkəməsi büdcə vəsaitlərinin israf
edilməsi işi ("Gödəkçə işi") çərçivəsində Gürcüstanın keçmiş
prezidenti Mixeil Saakaşvilini 9 il həbs cəzasına məhkum edib.
Hökmü hakim Badri Koçlamazashvili elan edib.
"Bu, rusofobiya, dövlət suverenliyi və müstəqilliklə 30
gümüş pula ticarət etməyə hazır olan hər kəs üçün bir dərsdir. İlk
növbədə isə bu, Ukrayna xuntası və onun lideri Zelenski üçün
dərsdir.
[...] USAID ilə bağlı məsələ də çox şey deyir. ABŞ Gürcüstana
milyonlarla dollar tökdü ki, Qafqazda anti-Rusiya dayaq nöqtəsi
yaratsın. Amma Gürcü xalqı daha müdrik çıxdı – satqın hökuməti
tarix zibilinə atdı, liderlərini isə ölkəyə qarşı cinayətkar
fırıldaqlarına görə mühakimə olunmağa məcbur etdi", –
deyə rus deputatı bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415