2025-ci ilin fevral ayına olan məlumata görə, Gürcüstanın xarici
dövlət borcu 8.577 milyard ABŞ dollarını (bugünkü məzənnə ilə
24.164 milyard lari) keçib.
Bu göstərici yanvar ayı ilə müqayisədə 29.6 milyon dollar
çoxdur.
Daha dəqiq desək, Gürcüstan Maliyyə Nazirliyinin yayımladığı
məlumatlara əsasən, 2025-ci ilin yanvarında dövlət borcunun həcmi
8.547 milyard dollar təşkil edirdi.
Maliyyə Nazirliyinin məlumatına görə,
fevral ayına olan vəziyyətə
əsasən, hökumətin birbaşa xarici borcu 8.224 milyard dollar olub.
Bunun 6.237 milyard dolları çoxtərəfli (beynəlxalq maliyyə
institutları), 1.487 milyard dolları isə ikitərəfli
(dövlətlərarası) borclardır. Həmçinin qeyd olunur ki, hesabat
dövründə Gürcüstan Milli Bankının xarici öhdəlikləri 352.7 milyon
dollar təşkil edib.
2025-ci ilin fevral ayına olan vəziyyətə əsasən, Gürcüstanın ən iri
kreditorları bunlardır: Asiya İnkişaf Bankı (ADB), Avropa
İnvestisiya Bankı (EIB) və Dünya Bankının bir hissəsi olan
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD).
Ən iri kreditorlar 28 fevral 2025-ci il vəziyyətinə
görə:
- Asiya İnkişaf Bankı (ADB): 2.261 milyard dollar
- Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD):
1.647 milyard dollar
- Avropa İnvestisiya Bankı (EIB): 1.080 milyard dollar
- Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası (IDA): 459.7
milyon dollar
- Beynəlxalq Valyuta Fondu (IMF): 176.388 milyon dollar
İkitərəfli (dövlətlərarası) borclar üzrə ən iri kreditorlar
(28 fevral 2025):
- Fransa: 766.3 milyon dollar
- Almaniya: 565.7 milyon dollar
- Yaponiya: 123 milyon dollar
- Avstriya: 10.4 milyon dollar
- Küveyt: 8.5 milyon dollar
- ABŞ: 5.9 milyon dollar
Bundan əlavə, Gürcüstanın Rusiyaya 3.997 milyon dollar, Türkiyəyə
isə 1.139 milyon dollar borcu var.