Tbilisi Beynəlxalq Hava Limanından uçuşlara yeni istiqamət əlavə olunub

Tbilisi Beynəlxalq Hava Limanından uçuşlara yeni istiqamət əlavə olunub.

Söhbət Atırau–Tbilisi–Atırau marşrutundan gedir və bu istiqamətdə ilk aviareys 27 mayda həyata keçiriləcək.

Hava Limanları Birliyinin yaydığı məlumata görə, uçuşları Qazaxıstanın "Air Astana" aviaşirkəti həftədə 3 dəfə yerinə yetirəcək. Biletləri aviaşirkətin rəsmi veb saytından — www.airastana.com — əldə etmək mümkündür.

Bundan əlavə, Hava Limanları Birliyi bildirir ki,
"Air Astana" yay mövsümündə Almatı–Tbilisi istiqamətində birbaşa uçuşları həftədə 9 dəfə yerinə yetirəcək. Həftənin çərşənbə və şənbə günləri isə aviaşirkət Tbilisi istiqamətində gündə iki dəfə uçuş həyata keçirəcək.

"İyundan etibarən Almatı–Batumi istiqamətində mövsümi uçuşlar həftədə 3 dəfə bərpa olunacaq və iyul-avqust aylarında uçuş tezliyinin həftədə 5-ə qədər artırılması planlaşdırılır.

Həmçinin, "Air Astana" iyundan başlayaraq Tbilisi ilə Qazaxıstanın paytaxtı Astana arasında uçuşları həftədə 3 dəfə həyata keçirəcək,"
– deyə məlumatda qeyd olunur.

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google