Nikol Paşinyan - Ermənistanın yeni konstitusiyası Azərbaycanın tələbi ilə yaradılmır, lakin regional əhəmiyyətə malik olacaq
Ermənistanın yeni konstitusiyası Azərbaycanın tələbi ilə yaradılmır, lakin regional əhəmiyyətə malik olacaq – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı bildirib ki, ölkənin yeni konstitusiyası “Real Ermənistan” ideologiyası şəraitində tamam başqa məna kəsb edir.

Nikol Paşinyan qeyd edib ki, konstitusiya vətəndaşlar arasında ölkədə yaşama qaydaları və qarşılıqlı fəaliyyət haqda razılaşma olmalıdır.

“2018-ci ilin
inqilabı ilə birlikdə yeni konstitusiyanın gündəliyi müəyyənləşdi. O zaman mən bunu qeyri-mümkün hesab etdim, çünki 2019-cu ilin aprelin 9-da bu gün qüvvədə olan Konstitusiya qüvvəyə mindi. O vaxtdan bəri eyni əsaslandırma ilə yeni Konstitusiyanın gündəliyi var, lakin əsası indi daha da zənginləşib”
– Ermənistanın baş naziri qeyd edib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google