Marneuli bələdiyyəsi Novruz bayramı münasibətilə sirk şousunun
təşkil edilməsinə 3 500 lari xərcləyəcək.
Xidmət tenderdə qalib gəlmiş "Geoprofi" MMC tərəfindən
göstəriləcək. Bu məbləğə alovlu şou, sirk şousu və ilüzionistlərin
şousu daxil olacaq.
- Alovlu şou (10 dəqiqə),
- Akrobatlar – müxtəlif sirk şousu (10
dəqiqə)
- İllüzionistin 20 dəqiqəlik şousu (Ətraflı məlumat alıcı
ilə razılaşdırılacaq)
Novruz bayramını qeyd etmək üçün Marneuli bələdiyyəsi
226 562 lari
dəyərində tender elan edib və tenderdə beş şirkət iştirak edib.
Bayram tədbirini təşkil etmək istəyənlər: "Story +" MMC, "GT
Holding" MMC, "Mix Studio" MMC, "GeoVoice" MMC və "Geoprofi" MMC
olub. Tenderdə ən aşağı təklifi "Geoprofi" MMC edib və qalib gəlib.
Şirkət yerli özünüidarə ilə müqavilə imzalayıb.
Bu şirkət Novruz bayramı tədbirini 156 450 lariyə təşkil
edəcək.
Tender sənədlərinə əsasən, bayram üçün aparıcıların, aktyorların
qəbulu, əyləncə sahələrinin təmin edilməsi, musiqi qruplarının
qəbulu, Bahar qızının gəlişi üçün musiqiçilərin qəbulu, sirk şousu
xidmətinin təmin edilməsi, kulinariya məhsullarının alınması,
aktyor, musiqiçilərin geyimlərinin kirayə götürülməsi, Bahar qızı
formasının əldə edilməsi, ənənəvi tonqal, səhnədə (kosa və keçəl)
tamaşa üçün lazım olan dekorasiyaların alınması və digər tədbirlər
nəzərdə tutulub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415