Marneuli şəhərində Novruz Bayramı ilə əlaqədar təbrik lövhələri yerləşdirilir
Marneuli yerli özünüidarəsi Marneuli şəhərində Novruz Bayramı ilə əlaqədar təbrik lövhələri yerləşdirir. Marneuli şəhərində lövhələri özünüidarənin tapşırığı ilə “Print Ofis” MMC yerləşdirir.

Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderdə “Print Ofis” MMC qalib gəlib. Tender məlumat və təbrik lövhələrinin/banerlərin dizaynı, hazırlanması, quraşdırılması/sökülməsi üçün elan edilmişdi. 23 dekabr tarixində meriya və şirkət arasında bağlanmış müqaviləyə əsasən, Marneuli şəhərində Novruz
bayramı ilə əlaqədar 6 ədəd təbrik baneri yerləşdiriləcək.

Tender sənədlərinə görə, meriya bütün il ərzində yerləşdiriləcək banerləri qeyd olunan sayda alıb:
  • 6 ədəd – Novruz Bayramı baneri
  • 6 ədəd – Pasxa ilə bağlı baner
  • 3 ədəd – Mariamoba üçün baner
  • 5 ədəd – Marneuloba baneri
  • 5 ədəd – Yeni il baneri
  • 5 ədəd – Milad bayramı baneri
Novruz Bayramı hər ilin 21 martında qeyd olunur. Marneuli meriyası Novruz bayramını qeyd etmək üçün 226 562 lari dəyərində tender elan edib.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” – yeni, ikinci hissəsi “ruz” isə gün deməkdir. Novruz yazın gəlişi, bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə xüsusi diqqət ayrılır, həmin gün üçün şəkərbura, paxlava, qoğal şirniyyatları bişirilir. Yumurtalar qırmızı boyanır və səməninin ətrafına düzülür.

Novruz bayramı ilə əlaqədar, 21 marta qədər 4 çərşənbə qeyd olunur. Həmin çərşənbələr etnik azlıqların milli kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə - su, yel, torpaq, od ilə əlaqədardır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google