15 mart tarixində “Amerikanın Səsi”nin 1300-dən çox əməkdaşı maaşlı
inzibati məzuniyyətə göndərilib, avtoritar rejimlər haqqında
yayımlanan
iki Amerika xəbər xidmətinin maliyyələşdirilməsi isə dayandırılıb.
Bu barədə Reuters məlumat yayıb.
“Amerikanın Səsi”nin direktoru bildirib ki, təxminən 1300
jurnalist, prodüser və köməkçi maaşlı məzuniyyətə göndərilib, bu da
50 dildə yayımlanan medianın fəaliyyətini iflic edib:
“Çox təəssüf edirəm ki, 83 il ərzində ilk dəfə olaraq,
əfsanəvi ‘Amerikanın Səsi’ susmağa məcbur olur”, –
deyə təşkilatın direktoru Mixail Abramoviç LinkedIn sosial
şəbəkəsində yazıb. Onun sözlərinə görə, “Amerikanın Səsi” dünyada
azadlıq və demokratiya uğrunda mübarizədə mühüm rol oynayırdı.
Bundan bir gün əvvəl, 15 martda, ABŞ prezidenti Donald Tramp yeddi
federal agentliyin ixtisarını nəzərdə tutan icra sərəncamını
imzalayıb. Bu agentliklər arasında “Amerikanın Səsi”nin və “Azad
Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) nəzarətçisi olan ABŞ Qlobal
Media Agentliyi (USAGM) də var.
Həmin gün “Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) prezidenti
Stiven Kapus bildirdi ki, bu təşkilatın maliyyələşdirilməsinin
dayandırılması "Amerikanın düşmənləri üçün böyük hədiyyə"
olacaq:
“İranın ayətullaları, Çinin kommunist liderləri və
Moskva ilə Minskdəki avtokratlar ‘Azad Avropa/Azadlıq Radiosu’nun
75 ildən sonra süqutunu qeyd edəcəklər. Bizim düşmənlərimiz üçün
belə bir qələbə onları gücləndirəcək və Amerikanı
zəiflədəcək”, – deyə Kapus bəyanatında
vurğulayıb.
O, həmçinin əlavə edib:
“‘Azad Avropa/Azadlıq Radiosu’nun zəngin tarixi ərzində
biz hər zaman iki partiyanın dəstəyini hiss etmişik. Hər həftə bizə
etibar edən, dəqiq xəbərlər və informasiya almaq üçün bizə güvənən,
qapalı cəmiyyətlərdə yaşayan təxminən 50 milyon insan artıq
Amerikanın və dünyanın həqiqətləri barədə məlumat ala
bilməyəcək”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415