Çavçavadzedə qətlə yetirilən şəxs mediaya görə "qanuni oğru"nun qardaşı, Levan Canqveladzedir
Gürcüstan Daxili İşlər Nazirliyi 15 mart saat 11:40-a qədər Çavçavadze prospektində 14 mart gecəsi baş vermiş qətl hadisəsi ilə bağlı yeni məlumat paylaşmayıb.

Nazirlik nə qətlə yetirilənin kimliyini açıqlayıb, nə də hücumçunun saxlanılıb-saxlanılmadığını bildirib. Hücum zamanı bir nəfər odlu silahla öldürülüb, daha bir nəfər isə yaralanıb.

Mediaya görə, qətlə yetirilən şəxs 58 yaşlı iş
adamı Levan Canqveladzedir. O, bir neçə günlük Gürcüstana gəlmiş və küçədə mühafizəçilərinin müşayiəti ilə hərəkət edirdi.

“TV Pirveli”nin yaydığı görüntülərdə qatilin Çavçavadzedə onları gözlədiyi, onların müəssisədən çıxmasını gözlədikdən sonra arxalarınca getdiyi və bir neçə metr birlikdə hərəkət etdikdən sonra hücum etdiyi görünür. Hadisə saat 23:32-də baş verib.
Eyni mənbənin məlumatına görə, qətlə yetirilən Levan Canqveladze “qanuni oğru” kimi tanınan Merab Canqveladzenin (“Suxumski” ləqəbli) qardaşıdır.


Çavçavadze prospektində baş vermiş qətl hadisəsi ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri əsasında aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google