19-20 mart tarixlərində hava şəraiti pisləşəcək, dağlıq bölgələrdə qar uçqunu və torpaq sürüşməsi riski var – Agentlik
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 17 martın axşam saatlarından etibarən Qərbi Gürcüstanda, 19-20 mart tarixlərində isə ölkə ərazisinin əksər hissəsində yağış, yüksək dağlıq ərazilərdə isə bəzi yerlərdə güclü qar yağması gözlənilir.
Sahil bölgələrində küləyin güclənməsi və dənizdə 4-5 ballıq fırtına ehtimal edilir.

“Gürcüstanın dağlıq bölgələrində havanın yüksək temperaturu səbəbindən qarın əriməsi və intensiv yağışlar çaylarda su
səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, daşqınlara, bəzi yerlərdə çay məcralarının daşmasına və ətraf ərazilərin su basmasına səbəb ola bilər. Şərqi Gürcüstanın kiçik çaylarında isə daşqınlar gözlənilir.

Ölkənin yüksək dağlıq bölgələrində qar uçqunlarının baş verməsi, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi mümkündür (təhlükə səviyyəsi yüksəkdir)”,
– məlumatda bildirilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google