Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp
ilə telefon danışığı aparıb. Görüşdə Ukraynadakı müharibənin başa
çatdırılması
və Suriyada sabitliyin bərpasına yönəlmiş səylər müzakirə edilib.
Bu barədə Ərdoğanın ofisi 16 martda məlumat yayıb və xəbəri Reuters
agentliyi dərc edib.
Bəyanata əsasən, Ərdoğan Trampa bildirib ki, Türkiyə Rusiya və
Ukrayna arasında müharibənin bitməsi üçün onun "qətiyyətli
və
birbaşa təşəbbüslərini" dəstəkləyir və ədalətli və dayanıqlı sülhə
nail olmaq üçün çalışmaqda davam edəcək.
Ərdoğan həmçinin Suriyada sanksiyaların aradan qaldırılmasına birgə
töhfənin əhəmiyyətini vurğulayıb. Bəyanatda qeyd olunub ki, bu
addım Suriyada sabitliyin bərpasına, yeni administrasiyanın
fəaliyyətinin təmin edilməsinə və normallaşmaya dəstək verəcək.
Bundan əlavə, bu proses suriyalı qaçqınların öz vətənlərinə
qayıtmasına imkan yaradacaq.
Bəyanatda həmçinin vurğulanıb ki, Türkiyə ABŞ-dan terrorizmlə
mübarizədə addımlar atmasını gözləyir və bu tədbirlərin Türkiyənin
maraqlarını nəzərə alması vacibdir.
ABŞ Suriyada İŞİD-lə mübarizədə Türkiyənin terror təşkilatı hesab
etdiyi Suriya kürd qüvvələrini dəstəkləyir. Ankara dəfələrlə
Vaşinqtonun bu siyasətini sərt şəkildə tənqid edib və bu addımı
NATO müttəfiqinə qarşı xəyanət kimi qiymətləndirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415