Saakaşviliyə yeni hökm – ümumi həbs müddəti 12 il 6 aya çatdı
Mixeil Saakaşviliyə sərhədi qanunsuz keçmək işi üzrə 4 il 6 ay həbs cəzası verilib. Qərarı hakim Mixeil Cincolia elan edib və cəza toplama prinsipi tətbiq olunub.

Hakimin sözlərinə görə, bu cəza 12 martda dövlət büdcəsindən vəsaitin israf edilməsi işi üzrə Saakaşviliyə verilmiş 9 illik həbsə əlavə edilib və ümumilikdə 12 il 6 ay azadlıqdan
məhrumetmə cəzası müəyyən edilib.

Bundan əlavə, Saakaşvili həbs müddətini başa vurduqdan sonra 3 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib.

Saakaşvilinin sərhədi qanunsuz keçməsi işi üzrə istintaq 2021-ci il 1 oktyabrda başlayıb və ona Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi əsasında ittiham irəli sürülüb.

Eyni iş üzrə Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria, eləcə də Qiorqi Narimanidze də ittiham olunub. Onlar girov müqabilində azadlığa buraxılıb və işləri ayrıca icraatda davam etdirilir.

12 martda Tbilisi Şəhər Məhkəməsinin hakimi Badri Koçlamazashvili Saakaşvilini dövlət büdcəsindən vəsaitin israf edilməsi işi üzrə 9 il həbsə məhkum edib.

Həmçinin, 2018-ci il 5 yanvarda hakim Qiorqi Arevadze Saakaşvilini Sandro Qirqvlianinin qətlində məhkum edilmiş şəxslərin əfv edilməsi işi üzrə təqsirli bilib və 3 il azadlıqdan məhrumetmə cəzası verib. Bu, Gürcüstan məhkəmələrinin eks-prezidentə qarşı çıxardığı ilk hökm idi.

Məhkəmə Saakaşvilini Valeri Qelaşviliyə hücum işi üzrə də təqsirli bilib və ona Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (vəzifə səlahiyyətlərini zorakılıq və silah tətbiq etməklə aşma) və 117-ci maddənin 5-ci hissəsinin "e" bəndi (qrup halında qəsdən ağır bədən xəsarətinin təşkil edilməsi) ilə 6 il həbs cəzası verib.

2021-ci il 1 oktyabr səhəri Gürcüstanın üçüncü prezidenti Saakaşvili sosial mediada Gürcüstanda olduğunu yazıb və ard-arda Batumidə olduğunu bildirən iki video paylaşıb.

Ancaq Daxili İşlər Nazirliyi gün ərzində bəyanat verərək, Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyini bildirib. Hökumət rəsmiləri isə eks-prezidentin hətta Ukraynanı tərk etmədiyini iddia ediblər.

Mixeil Saakaşvili elə həmin gün Tbilisidə saxlanılıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google