Dmanisidə 18 mart tarixinə planlaşdırılan Novruz bayramı konserti
ləğv edilib.
Konsertin ləğv olunmasına səbəb iki nəfər gəncin dünyasını
dəyişməsi səbəb olub.
Dmanisi merinin müavini Arif Süleymanovun sözlərinə görə, dünyasını
dəyişən gənclər Dmanisi meriyasında işləyən əməkdaşların
uşaqlarıdır. Onun sözlərinə görə, qəza 15 mart tarixində baş
verib.
"Konsertin ləğv edilməsi qəza nəticəsində iki nəfərin
ölümü və bir nəfərin yaralamanması ilə bağlıdır. Dünyasını
dəyişənlər bizim işçilərin uşaqlarıdır. Dmanisi balaca bir yerdir.
Belə bir faciə baş verəndə hər yerdə eşidilir. Buna görə də belə
bir konsertin keçirilməsi düzgün olmazdı. Qəza Dmanisiyə çatmamış
baş verib. Xəsarət alan bir nəfər xəstəxanadadır. Onun vəziyyəti də
ağırdır. Gənclər hardasa 20-21 yaşlarındadır. Hələ dəfin
olunmayıblar. Dünyasını dəyişənlərdən biri bələdiyyə məclisinin
üzvünün oğludur. Biri də Mədəniyyət evində işləyən işçinin oğludur.
Xəstəxanada müalcə alan gənc isə Bələdəiyyə Məclisinin əməkdaşının
oğludur".
Qeyd edək ki, ötən il Dmanisi bələdiyyəsində “Novruz bayramı”na
həsr olunmuş konsert keçirilmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415