Tbilisidə iftar süfrəsi təşkil olunub (FOTO)
17 mart tarixində Tbilisi şəhərində iftar məclisi təşkil olunub. Məclisdə səfirliyin əməkdaşları, DQİDK-nın sədri Ramin Məmmədov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin direktoru Zaza Vaşakmadze, Kvemo-Kartlinin qubernatoru, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarının rəhbərləri, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, müxtəlif dini icma nümayəndələri, din, elm və ictimaiyyət xadimləri və diplomatik korpus nümayəndələri iştirak ediblər.

İftar süfrəsi Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyinin və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə çıxış edənlər bildirdilər ki, bu cür tədbirlər həmrəylik və qardaşlıq ruhunu gücləndirir, iki ölkə arasında möhkəm əlaqələrin qurulmasına töhfə verir.

Çıxış edənlər vurğulayıb ki, hər iki ölkə xalqlarının dostluğu nümunəvi münasibətə əsaslanır.

Sonra digər çıxış edənlər ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən din sahəsindəki əlaqələrin perspektivlərindən danışıb, Ramazan ayı ilə əlaqədar fikirlərini bölüşüb, müsəlmanları bu bayram münasibətilə təbrik ediblər.

Məclisin sonunda din xadimləri dua edərək dünyaya sülh, bolluq-firavanlıq, ərazi bütövlüyü, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu edib, bu ayda dua və ibadətlərin qəbul olunmasını Uca Allahdan diləyiblər. Məclis süfrə duası ilə sona çatıb. Sonda xatirə şəkilləri çəkilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google