Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə təbii qazın tədarükü
müvəqqəti olaraq dayandırılıb.
Bu barədə məlumat “Qazprom Ermənistan”ın rəsmi saytında
yayımlanıb.
Şirkətin məlumatına görə, qazın tədarükünün dayandırılmasının
səbəbi Gürcüstan ərazisindəki "Qazax-Saquramo" magistral qaz
kəmərinin bir hissəsində aparılan bərpa işləridir.
"18 mart saat 09:00-dan 18:00-a qədər Gürcüstan
ərazisində yerləşən 'Şimali Qafqaz – Cənubi Qafqaz' magistral qaz
kəmərinin 'Qazax-Saquramo' hissəsində təcili bərpa işləri
aparılacaq. Bu səbəbdən Ermənistana təbii qazın tədarükü müvəqqəti
olaraq dayandırılacaq", – deyə "Qazprom Ermənistan"ın
yaydığı bəyanatda bildirilir.
Şirkət əlavə edib ki, Rusiyadan qaz tədarükünün məhdudlaşdırıldığı
müddətdə Ermənistanın istehlakçıları daxili ehtiyatlar və İrandan
əlavə qaz tədarükü hesabına fasiləsiz təmin ediləcək.
"Qazprom Ermənistan" səhmdar cəmiyyəti, Rusiyanın "Qazprom" enerji
holdinqinin 100%-lik törəmə şirkətidir və Ermənistana Rusiya qazını
Gürcüstan vasitəsilə tədarük edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415