Mdinaradze "Narkopolitika İslahatı" çərçivəsində cəza kimi "məcburi müalicə" tətbiq olunacağını elan edib
"Gürcü Arzusu"nun liderlərindən biri Mamuka Mdinaradze bildirib ki, "Narkopolitika İslahatı" çərçivəsində partiya qanunvericilik dəyişiklikləri təqdim edir. Bu dəyişikliklərə əsasən, narkotik cinayətlərinə görə məhkum edilən şəxslərə cəza kimi “məcburi müalicə” təyin edilə biləcək.

"Bundan əvvəl elan edilənlərə əlavə olaraq, biz qərara gəldik ki, Cinayət Məcəlləsinə cəza növü kimi məcburi müalicə daxil edilsin", – deyə Mdinaradze 17 martda
partiya ofisində, parlament çoxluğunun iclasından sonra bildirib. O, həmçinin əlavə edib:

"Bu, xüsusi hallarda tətbiq olunacaq – cinayət məsuliyyətinə aid olan cəza kateqoriyası olacaq."

Mdinaradzenin sözlərinə görə, bugünkü uzun iclasın 80%-i bu məsələyə həsr edilib.

O, dəqiqləşdirib ki, məcburi müalicə inzibati cəzalara şamil edilməyəcək və bu, yalnız cinayət qanunvericiliyində müəyyən edilən cəza forması olacaq.

Mdinaradze həmçinin vurğulayıb ki, məcburi müalicənin konkret hallarda cəza kimi tətbiq edilib-edilməməsi məhkəmənin qərarından asılı olacaq:

"Mümkündür ki, məhkəmə bu qərarı qəbul edərkən iş materialları ilə yanaşı, narkoloq və ekspertiza rəyini də əsas götürsün və konkret şəxsin sağlamlığına qayğı göstərmək məqsədilə belə bir qərar çıxarsın."

Uzun illər "Milli Hərəkat" dövründə tətbiq edilən repressiv narkopolitikanın yumşaldılması ilə öyünən "Gürcü Arzusu" indi "antinarotik islahat" adı altında qanunları sərtləşdirərək narkotiklə bağlı cinayətləri daha sərt cəzalandırmağa başlayır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google