Novruz Bayramında Azərbaycandan dəvət olunmuş müğənni Xatirə İslam
ifa edəcək.
O, tamaşaçıların qarşısına bir saatlıq repertuarla çıxacaq.
Marneuli meriyası müğənniyə 5 000 lari ödəyəcək.
Marneulidə 21 martda Novruz Bayramının keçirilməsinə 156 450 lari
xərclənəcək. Tədbirin təşkilatçılığını tenderdə qalib gəlmiş
"Geoprofi" MMC həyata keçirəcək.
Tender sənədlərinə əsasən, bayram üçün müxtəlif tədbirlər
planlaşdırılıb: aparıcıların, aktyorların qəbul edilməsi, əyləncə
sahəsinin təmin edilməsi, musiqi qruplarının qəbul edilməsi, Bahar
Qızının gəlişi üçün musiqiçilərin qəbulu, sirklə bağlı xidmətlər,
kulinariya məhsullarının alınması, aktyor, musiqiçi kostyumlarının
təmin edilməsi, Bahar Qızı kostyumu, ənənəvi tonqalın yandırılması,
səhnə (kosa və keçəl) tamaşası üçün lazım olan dekorasiyaların
alınması və s.
Marneuli bələdiyyəsinin 21 mart üçün təqdim etdiyi proqram:
- Teatr nümayişi
- Ənənəvi tonqalın yandırılması
- Etno köşə
- İdman fəaliyyətləri
- Uşaq əyləncə məkanı
- Foto məkanı
- Yerli sahibkarların sərgi-satışı
- Qırmızı Xaç və Marneuli Mədəniyyət Mərkəzinin
“Rəssamlıq Studiyası”-nın birgə sərgisi.
13:45-17:40 saatları arasında keçiriləcək konsertdə iştirak edəcək
şəxslər:
- Mədəniyyət Mərkəzinin müğənniləri və
qrupları
- Ariz Hüseynov
- "Küçə Oğlanları" qrupu
- Xatirə İslam – Azərbaycandan dəvət olunmuş
müğənni
- DJ və atəşfəşanlıq
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415