Novruz Bayramı münasibətilə Marneuli bağçaları istirahət
etməyəcəklər.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov "Marneuli" radiosu
ilə söhbəti zamanı bildirib ki, bəzi valideynlər həmin gün də
istirahət etmir. Ona görə də istirahət günü elan edə
bilməyəcəklər.
Marneulidəki azərbaycanlıların böyük əksəriyyətinin təhsil aldığı
məktəblər yazılı müraciət əsasında 21 mart tarixində Novruz bayramı
münasibətilə istirahət günü elan edə bilərlər. Təhsil
müəssisələri
artıq Təhsil Nazirliyinə müraciət göndəriblər. Keçən illərdən
fərqli olaraq, bu il məktəblər 21 mart tarixini başqa günlə əvəz
etməyəcəklər.
İllərdir ki, Gürcüstanda Novruz bayramının istirahət günü elan
edilməsini vətəndaş cəmiyyəti tələbinə çevrilmişdir. Onlar bir neçə
dəfə müvafiq qurumlara yazılı müraciət ediblər, amma 21 mart hələ
də iş günüdür.
2010-cu ildə BMT Baş Assambleyası Novruzu beynəlxalq gün olaraq
qəbul edib. 2009-cu il 28 sentyabr tarixində UNESCO-nun sammitində
Novruz rəsmi olaraq insanlığın qeyri-maddi mədəni irs siyahısına
daxil edilib. 2010-cu ildə Novruz Bayramı Gürcüstanda ümumxalq
bayramı elan olunub.