Ətraf Mühitin Mühafizəsi Xidmətinin məlumatına görə, Saimerloda şəxsi torpaq sahəsində ağaclar kəsilib - Departament hər hansı qanun pozuntusunu müəyyən edə bilməyib
Martın 14-də Marneuli Bələdiyyəsinin Saimerlo kəndində, Marneuli-Sadaxlı yolunun kənarında şam ağacları kəsilib. Gürcüstanın Ətraf Mühitə Nəzarət Departamentindən “Marneuli” radiosuna bu gün bildirilib ki, onların xidmət qrupu hadisə yerinə baş çəkib, lakin onlar hər hansı pozuntu aşkar edə bilməyiblər.

Qurumdan verilən məlumata görə, bir neçə şam ağacının kəsildiyi ərazi şəxsi mülkiyyətdir və xüsusi mülkiyyətdə ağacların kəsilməsinə icazə
verilir.

“Marneuli” radiosu ağacların kəsildiyi torpağın kimə məxsus olduğunu öyrənmək üçün kadastr kodundan istifadə edib. Torpaq sahəsinin sahibi olaraq 2011-ci ildən “Gürcüstan Dəmir Yolları” MMC dövlət reyestrində qeydiyyata alınıb.

Ağacların niyə kəsildiyini öyrənmək üçün “Gürcüstan Dəmir Yolları” ilə əlaqə saxladıq. Qurumdan bizə bildirdilər ki, bu məsələyə aydınlıq gətirmək üçün yazılı müraciət tələb olunur. “Marneuli” Radiosu Gürcüstan Dəmir Yollarından cavab gözləyəcək və cavab gələn kimi onu sizə təqdim edəcəyik.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google