18 martda Marneuli Mədəniyyət Evində “Dörd Çərşənbə” adlı tədbir
keçirilib.
Mərkəzin təşkilatçılığı ilə müxtəlif sərgi sahələri qurulub, onlar
arasında ənənəvi kulinariya və xalça guşəsi də var idi.

Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosuna
bildirib ki, onların məqsədi cəmiyyətə çərşənbə ilə əlaqəli
ənənələri bir daha tanıtmaqdır, bunu performanslar şəklində təqdim
ediblər.
“Bizim məqsədimiz bu çərşənbələri hər il müxtəlif
məkanlarda, müxtəlif formalarda qeyd etməkdir. Əsasən bunu
kəndlərdə edirik, amma bu il qərar verdik ki, şəhər olsun və burada
çərşənbələrə aid performansları təqdim edirik. Bilirik ki, sonuncu
çərşənbə əhəmiyyətlidir, çünki əsas Novruzun qeyd edilmə dövrü
başlayır. Biz istəyirik ki, əhaliyə çərşənbənin nə demək olduğu və
onun qeyd olunması ilə əlaqəli ənənələrin nə olduğunu
tanıdaq.”
Tədbir musiqi nömrələri ilə keçirilib - Aşıq Nargilə Mehtiyeva,
Ramin Pirməmmədov/tar ifaçısı, Mədəniyyət Mərkəzinin Saz Studiyası,
İlahə Talıbova, “Enquri” ansamblı və Şaban Məmmədov ifa
ediblər.

Novruz bayramı 21 martda qeyd olunacaq.

Novruz Bayramından əvvəl dörd çərşənbə qeyd olunur. Hər çərşənbənin
özünəməxsus əhəmiyyəti var və bu etnik azlıqların kimliyinin bir
hissəsidir. “Çərşənbə” həyat üçün mühüm dörd ünsürə – su, yel,
torpaq və oda işarə edir.
“Novruz” – fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər
hissəsi isə “ruz” – gün deməkdir. Novruz Bayramı yazın gəlişini və
bəzi ölkələrdə yeni ilin başlanğıcını simvolizə edir. Bayram
süfrəsinə xüsusi diqqət yetirilir – bu gün üçün xüsusi olaraq üç
növ şirniyyat hazırlanır: “Şəkərbura”, “Qoğal” və “Paxlava”.
Həmçinin, yumurtalar qırmızıya boyanır və onları səməninin ətrafına
düzürlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415