Mədəniyyət Evində "Dörd Çərşənbə" tədbiri keçirilib (FOTO/VİDEO)
18 martda Marneuli Mədəniyyət Evində “Dörd Çərşənbə” adlı tədbir keçirilib. Mərkəzin təşkilatçılığı ilə müxtəlif sərgi sahələri qurulub, onlar arasında ənənəvi kulinariya və xalça guşəsi də var idi.

Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosuna bildirib ki, onların məqsədi cəmiyyətə çərşənbə ilə əlaqəli ənənələri bir daha tanıtmaqdır, bunu performanslar şəklində təqdim ediblər.

“Bizim məqsədimiz bu çərşənbələri hər
il müxtəlif məkanlarda, müxtəlif formalarda qeyd etməkdir. Əsasən bunu kəndlərdə edirik, amma bu il qərar verdik ki, şəhər olsun və burada çərşənbələrə aid performansları təqdim edirik. Bilirik ki, sonuncu çərşənbə əhəmiyyətlidir, çünki əsas Novruzun qeyd edilmə dövrü başlayır. Biz istəyirik ki, əhaliyə çərşənbənin nə demək olduğu və onun qeyd olunması ilə əlaqəli ənənələrin nə olduğunu tanıdaq.”

Tədbir musiqi nömrələri ilə keçirilib - Aşıq Nargilə Mehtiyeva, Ramin Pirməmmədov/tar ifaçısı, Mədəniyyət Mərkəzinin Saz Studiyası, İlahə Talıbova, “Enquri” ansamblı və Şaban Məmmədov ifa ediblər.

Novruz bayramı 21 martda qeyd olunacaq. 

Novruz Bayramından əvvəl dörd çərşənbə qeyd olunur. Hər çərşənbənin özünəməxsus əhəmiyyəti var və bu etnik azlıqların kimliyinin bir hissəsidir. “Çərşənbə” həyat üçün mühüm dörd ünsürə – su, yel, torpaq və oda işarə edir.


“Novruz” – fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər hissəsi isə “ruz” – gün deməkdir. Novruz Bayramı yazın gəlişini və bəzi ölkələrdə yeni ilin başlanğıcını simvolizə edir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir – bu gün üçün xüsusi olaraq üç növ şirniyyat hazırlanır: “Şəkərbura”, “Qoğal” və “Paxlava”. Həmçinin, yumurtalar qırmızıya boyanır və onları səməninin ətrafına düzürlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google