Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"Martın 18-də saat 22:20-dən martın 19-da saat 01:40-dək Ermənistan
silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı
Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə
tutub", – məlumatda deyilir.
Onu da qeyd edək ki,
Azərbaycan Müdafiə Nazirliyi ötən gün də
Ermənistan ordusunun bölmələri tərəfindən Keşişkənd rayonunun
Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutması haqda
məlumat paylaşmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415