Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – Azərbaycan MN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Martın 18-də saat 22:20-dən martın 19-da saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub",
– məlumatda deyilir.

Onu da qeyd edək ki,
Azərbaycan Müdafiə Nazirliyi ötən gün də Ermənistan ordusunun bölmələri tərəfindən Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutması haqda məlumat paylaşmışdı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google