İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

Bununla bağlı "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hazırda E.İmamoğlunun evində axtarış aparılır. Daha sonra o, tibbi müayinəyə aparılıb.

İmamoğlu və müttəhimlər “cinayətkar təşkilata rəhbərlik”, “PKK ilə birlikdə hərəkət edərək şəhər razılaşmasına daxil olmaq” və korrupsiya ittihamları ilə saxlanılıblar.

Bundan başqa, aralarında İmamoğlunun mətbuat katibi Murat Ongunun da olduğu 100 nəfər də saxlanılıb.

Qeyd edək ki, ötən gün İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi
olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google