Türkiyə polisi İstanbulun meri Əkrəm İmamoğlunu saxlayıb. Onun
evində axtarış aparılır.
Yerli medianın Baş Prokurorluğa istinadən verdiyi məlumata görə,
İmamoğlunun saxlanılması korrupsiya, qeyri-qanuni tenderlər və
rüşvət ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində baş
verib.
Bundan əlavə, o, Türkiyədə qadağan olunmuş "Kürdüstan Fəhlə
Partiyası"nın siyasi qanadı ilə əməkdaşlıqda da ittiham olunur.
Türk mediasının məlumatına əsasən, İmamoğludan başqa
100-dən çox
şəxs də şübhəli qismində dindirilir.
54 yaşlı Əkrəm İmamoğlu 2019-cu ildən İstanbulun meri
vəzifəsindədir.
O, 2024-cü ilin martında keçirilmiş bələdiyyə seçkilərində müxalif
"Cümhuriyyət Xalq Partiyası"nın (CHP) namizədi kimi 51% səs
toplayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi
"Ədalət və İnkişaf Partiyası"nın (AKP) namizədi Murat Kurumu məğlub
etmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415