Azərbaycan COVID-19-un yayılmasını əsas gətirərək hələ də quru sərhədini açmır

Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi 1 iyula qədər uzadılıb.


Bu müddət ərzində ölkənin quru sərhədləri bağlı qalacaq.

18 martda Azərbaycan Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən, "koronavirus infeksiyasının (COVID-19) yayılması ilə bağlı mümkün nəticələrin qarşısını almaq məqsədilə" ölkədə xüsusi karantin rejimi 1 iyul saat 06:00-a qədər uzadılıb.

Bununla
yanaşı, bir neçə ay əvvəl Azərbaycan hakimiyyəti etiraf etmişdi ki, sərhədlərin bağlanmasının səbəblərindən biri də təhlükəsizlik məsələləri idi.

23 sentyabrda parlamentdə çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, sərhədlərin bağlanması ölkənin təhlükəsizliyinə yönəlmiş "xarici təhdidlərlə" bağlıdır. "Son illərdə quru sərhədlərimizin bağlı olması bizi böyük fəlakətlərdən qorudu. Bu gün də sərhədlər bağlı olduğu halda müəyyən təhlükəli hərəkətlər edilir və onların qarşısı alınır. Ona görə də sərhədlərin qorunması bizi xarici risklərdən müdafiə edir", – deyə Əliyev vurğulayıb.

Keçmiş Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Namizəd Səfərov bildirib ki, karantin rejiminin "sonsuz uzadılması" üçün hüquqi əsaslar yoxdur.

"Müdafiəçi" Mərkəzinin rəhbəri Səməd Rəhimlinin fikrincə, quru sərhədlərin keçidinə məhdudiyyət qoyulması Azərbaycanın Konstitusiyasının 28-ci maddəsinin (sərbəst hərəkət) üçüncü hissəsi ilə təmin olunmuş hüquqları və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının dördüncü protokolunun ikinci maddəsini (sərbəst hərəkət) pozur.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google