Yolun bağlanılmasına görə təyin olunmuş cərimələr 2 milyon lariyə çatır – GGHA

Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, 2024-cü ilin noyabrından 2025-ci ilin 18 martına qədər,

aksiyalarda iştirak edənlərə yolların təsadüfi bağlanmasına görə tətbiq olunan cərimələrin ümumi miqdarı 2 milyon lariyə çatıb.

 



Assosiasiya qeyd edir ki, bu məsələlərdə polis şəxsiyyət tanıyan kameraları istifadə edir.

"Adətən, bu cür işlərdə yeganə sübut şəxsiyyət tanıyan kameralar tərəfindən çəkilən fotoşəkillər olur və
bunlar, adətən, müvafiq kontekstdən asılı olmayaraq, şəxsin hüquq pozuntusu olaraq tanınması üçün məhkəmə tərəfindən kifayət qədər sübut sayılır. Spontan toplaşmalar zamanı yolların bağlanması üçün iştirakçılara cərimə tətbiq etmək, toplaşma və ifadə azadlığı hüququnun ciddi pozulmasıdır",
- deyə Assosiasiya bildirib.

"Gürcü Arzusu" hökuməti, inzibati hüquq pozuntuları haqqında qanunun 174¹-ci maddəsində dəyişikliklər edərək, nümayişlər zamanı yolların spontan bağlanması üçün cəriməni 10 dəfə, 500 laridən 5000 lariyə qədər artırıb.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google