Marneuli şəhəri, 26 May küçəsində yolun asfaltlanması bir neçə günə
yekunlaşacaq.
Marneuli şəhərinin majoritar deputatı Vasil Xaxulaşvilinin
“Marneuli” radiosuna verdiyi məlumata görə, bərpa işləri bələdiyyə
ilə razılaşdırılaraq Yol Departamenti tərəfindən aparılır. Onun
sözlərinə görə, həmin hissə kanalizasiya çəkilişi zamanı qazılan
küçələr arasındadır.
“Hazırda 26 May küçəsində görülən işlər Marneuli
Bələdiyyəsi ilə razılaşdırılaraq Yol Departamenti tərəfindən həyata
keçirilir. Marneuli Birləşmiş Su Təchizatı şirkətinin rəhbərliyi də
bu işdə iştirak edirdi. Nəzərə alsaq ki, kanalizasiya xəttinin
tikintisi davam edir və Gürcüstanın Birləşmiş Su Təchizatı bizə
konkret yerlərdə iş görmək hüququ verir. 26 May küçəsi meydanla
birlikdə düzəldilir, bir neçə lay örtük çəkilib. İşlər indi də
aparılır və bir neçə günə çəkiləcək. İşlər qismən başa
çatdırılacaq, çünki həmin yol hissəsində piyada cığırının
düzəldilməsi planlaşdırılır, bununla bağlı Marneuli meriyası artıq
tender elan edib”, – Vasil Xaxulaşvili bildirir.
Majoritar deputatın sözlərinə görə, hazırda kanalizasiya layihəsi
çərçivəsində görülən işlərin keyfiyyətcə yoxlanılmasını
gözlədikləri 9 Aprel küçəsinə asfalt çəkməyi planlaşdırırlar.
“Hazırda 9 Aprel küçəsində yeraltı işlərin yararlılığını və
keyfiyyətinin yoxlanmasını gözləyirik. Aparılan işlərin uyğun
olduğu qənaətinə gələn kimi həmin küçəni abadlaşdıracağıq.
Mazniaşvili küçəsində də bərpa işləri gedir, orada yol örtüyü
çəkiləcək. Hal-hazırda şəhərin mərkəzi küçələrində səkilərin
döşənməsinə tədricən başlanılacaq. Çünki asfalt qatı tez-tez
qazılırdı, hər şey büdcə ilə bağlıdır və biz onu çəkib sonra onu
qazmalı deyildik”, – Vasil Xaxulaşvili bildirib.
Marneuli şəhəri və kəndlərin su təchizatı, kanalizasiya layihəsinin
icrasına 2019-cu ildə başlanılıb. Yollar qazılıb, borular
çıxarılıb, infrastruktura ziyan dəyib, yollar bərbad vəziyyətdə
olduğundan ictimai nəqliyyata, yerli avtomobillərə ziyan dəyib.
Layihənin “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin mart ayına
qədər tamamlanmalı idi, lakin şirkət öz öhdəliyini yerinə yetirə
bilmədi, bu səbəbdən 55 940 022 dollarlıq layihə dayandırıldı. Su
təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə
imzalayıb. İşlər “China Geo - Engineering Corporation” (CGC) və
“POLAT Yol Yapı Sanayi və Ticarət Anonim Sirkei” tərəfindən həyata
keçirilir.
Kanalizasiya sisteminin tikintisi çərçivəsində şəbəkə 2025-ci ilin
yanvarında sınaqdan keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415