Levan Varşalomidze azadlığa buraxıldı – VMH
"Vahid Milli Hərəkatı" partiyasının (ENM) məlumatına görə, dünən Qazaxıstanda saxlanılan Acarıstan hökumətinin sabiq sədri və VMH nümayəndəsi Levan Varşalomidze azadlığa buraxılıb.

Partiyanın üzvü Levan Antadze "Netgazeti"yə bildirib ki, hüquqi prosedurlar tamamlandıqdan sonra Varşalomidze ölkəni tərk edəcək.

Onun sözlərinə görə, azadlığa buraxılmanın səbəbləri və detalları hələ ki, məlum deyil. O, həmçinin qeyd edib ki, prosesə Gürcüstanın Xarici
İşlər Nazirliyi və Qazaxıstandakı səfirlik cəlb olunub.

Dünən VMH bəyan etmişdi ki, Levan Varşalomidze Rusiyadan göndərilən məlumat əsasında Qazaxıstanda saxlanılıb. Bu məlumat onun Ukrayna hakimiyyəti ilə siyasi məsləhətləşmə fəaliyyətinə dair açılan cinayət işinə aid olub.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google