Gürcüstandan iki ay ərzində 7,8 milyon dollarlıq kartof ixrac edilib – əsas bazar Rusiya olub
Son üç ildir ki, Gürcüstandan kartof ixracı artmaqdadır. Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkədən 26 min 865 ton kartof ixrac edilib ki, bu da 7,8 milyon ABŞ dolları dəyərindədir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26 dəfə çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında cəmi 931 ton kartof ixrac olunmuşdu və
onun dəyəri 303 min 220 dollar idi. 2023-cü ilin ilk iki ayında isə bu rəqəm daha da aşağı – 795 ton və 95 min 480 dollar təşkil edirdi.

Ötən ilin yanvar-fevral aylarında ölkənin yeganə kartof ixracı Azərbaycana olub. Bu il isə əsas ixrac bazarı Rusiya olub. Bununla yanaşı, digər ölkələrə də kartof göndərilib.

2025-ci ilin yanvar-fevral aylarında Gürcüstanın kartof ixrac etdiyi əsas bazarlar:
  1. Rusiya - 5,2 milyon ABŞ dolları - 13 610 ton
  2. Azərbaycan - 1,8 milyon ABŞ dolları - 10 361 ton
  3. Ermənistan - 455 850 ABŞ dolları - 2 151 ton
  4. Qazaxıstan - 84 080 ABŞ dolları - 394 500 ton
  5. Türkmənistan - 47 380 ABŞ dolları - 239 ton
  6. Moldova - 12 070 ABŞ dolları - 86 ton
  7. Özbəkistan - 4400 ABŞ dolları - 22 ton.
Kartof ixracının artması fonunda ölkəyə kartof idxalı azalmaqdadır. 2025-ci ilin yanvar-fevral aylarında Gürcüstan 1 229 ton kartof idxal edib ki, bu da 402 min 670 dollara başa gəlib. Halbuki ötən ilin eyni dövründə 1 719 ton kartof idxal olunmuş və bu, 469 min 320 dollar təşkil etmişdi. 2023-cü ilin ilk iki ayında isə ölkə 8 907 ton kartof idxal etmişdi və bu, 2,5 milyon dollara başa gəlmişdi.

Bu il Gürcüstana kartof ən çox Türkiyədən idxal edilib. İdxalda Almaniya ikinci, Niderland isə üçüncü yerdədir. 2024-cü ilin ilk iki ayında isə əsas kartof idxalçıları Rusiya və Belarus olmuşdu.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google