Gürcüstanda sement idxalı sürətlə artır.
Rəsmi statistikaya görə, 2024-cü ildə ölkəyə 1 353 822 ton sement
gətirilib ki, bu da illik müqayisədə 31,5% çoxdur. İdxal olunan
sementin ümumi dəyəri isə 98,1 milyon ABŞ dolları təşkil edib, bu
da ötən illə müqayisədə 33,8% artım deməkdir.
Qeyd edək ki, Gürcüstanda sement idxalı ilk dəfə 2023-cü ildə
1
milyon tonu keçmişdi. 2024-cü ildə isə tarixi maksimum qeydə
alınıb.
İdxal edilən sementin əsas hissəsi – 63%-i Azərbaycandan gətirilib.
İkinci ən böyük təchizatçı isə 37%-lik payla Türkiyə olub.
Gürcüstanın əsas sement tədarükçüləri:
- Azərbaycan - 60,7 milyon dollar/850 896
ton
- Türkiyə - 37,3 milyon dollar/502 754 ton
- Çin - 88,7 min dollar/135 ton
- İran - 5330 dollar/34 ton
Bundan əlavə, Gürcüstana cüzi miqdarda sement İspaniya, Rusiya,
Polşa və İtaliyadan da idxal edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415