Rusiya bu il Abxaziyaya 63,2 milyon dollar yardım edəcək
Bu il Rusiya Abxaziyaya ümumilikdə 5,3 milyard rubl (təxminən 63,2 milyon dollar) maliyyə yardımı göstərəcək. “İnterfaks” xəbər verir ki, bunu faktiki maliyyə naziri Said Qubaz bildirib.

Onun sözlərinə görə, bu məbləğin 4 milyard rublu (47,7 milyon dolları) Abxaziyanın sosial-iqtisadi inkişafına, 1,2 milyard rublu (14,3 milyon dollar) investisiya proqramı fəaliyyətlərinə, 100 milyon rublu (1,2 milyon dollar) isə
iqtisadi sektorların dəstəklənməsinə yönəldiləcək. Dövlət proqramı üçün istifadə olunacaq.

Qeyd edək ki, martın 13-də de-fakto parlament, qondarma Dövlət büdcəsi haqqında qanun qəbul edilib, onda gəlirlərin həcmi 17,8 milyard rubl (212,4 milyon dollar), xərclər 18,7 milyard rubl (223,2 milyon dollar), kəsir isə 994,5 milyon rubl (11,9 milyon dollar) müəyyən edilib. Bundan əlavə, Abxaziyanın öz gəlirləri 12,4 milyard rubl (148 milyon dollar) səviyyəsində proqnozlaşdırılır.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google