DİN Sameqrelo-Zemo Svanetidə külli miqdarda “Metadon” ələ keçirdi – 1 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sameqrelo-Zemo Svanetidə 1986-cı il təvəllüdlü B.Ç.-nı qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlayıb.

Cinayət Məcəlləsinə əsasən, bu əmələ görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“İstintaq çərçivəsində hüquq-mühafizə orqanları şübhəlinin üzərində, yaşayış evində və avtomobilində axtarış aparıb və 35 bağlamaya
bölünmüş külli miqdarda “Metadon” narkotik maddəsi aşkar edərək müsadirə edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən maddi sübut kimi pul, yapışqan lentlər, elektrik tərəziləri götürülüb”.


Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə bağlı araşdırma aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google