2024-cü ildə Tbilisidə maşından tullantı atılmasına görə yalnız 3 nəfər cərimələnib - statistika necədir?
2024-cü ildə paytaxtda maşından tullantı atmağa görə yalnız 3 nəfər cərimələnib.

Bu barədə „Biznespressnews“ə Tbilisi Bələdiyyəsindən alınan məlumatda bildirilib.

Məlumata görə, keçən il „Tullantıların İdarəetmə Kodeksi”nə əsasən ümumilikdə 569 nəfər cərimələnib, onlardan 26-sı xarici vətəndaşdır.

Ümumi olaraq, küçələrin çirklənməsi üçün 2.1 milyon lari cərimə yazılıb.

„Tbilisi Şəhər Bələdiyyəsinin Şəhər İnspeksiyasından alınan məlumatlara əsasən bildiririk ki, bu qurum
tərəfindən 2024-cü ildə Gürcüstanın „Tullantıların İdarəetmə Kodeksi“nə əsasən 569 inzibati qanun pozuntusu protokolu tərtib edilib və onların ümumi məbləği 2 139 000 lari təşkil edir. Bunlardan 26 nəfər xarici ölkə vətəndaşıdır.

Maşından atılan tullantılarla bağlı isə 3 nəfər cərimələnib“, - deyə Tbilisi Bələdiyyəsinin təqdim etdiyi məlumatda bildirilir.

Avtomobillərdən bələdiyyə tullantılarının atılması ilə bağlı yeni cərimə sistemi Tbilisidə 2018-ci il aprelin 3-də tətbiq olunub, əvvəlcə müfəttişlər şifahi xəbərdarlıq edirdilər, həmin ilin aprelin 20-dən isə vətəndaşlar cərimələnməyə başlayıblar. Tullantıların İdarəetmə Kodeksinə əsasən ətraf mühitin çirkləndirilməsinə görə cərimə 80 lari ilə 5000 lari arasında dəyişir. Bu, çirklənmiş ərazinin sahəsi və tullantı növü ilə müəyyən edilir. Həmçinin, cərimələr hüquqi və fiziki şəxslər üçün fərqlidir.


Mənbə: BPN



Print Email
FaceBook Twitter Google