Hüquq müdafiəçisi Regina Eqorova-Əsgərova Gürcüstana buraxılmayıb - o, 15 ildir burada yaşayır

15 ildir Gürcüstanda yaşayan litvalı hüquq müdafiəçisi Regina Eqorova-Əsgərova ölkəyə buraxılmayıb.


Regina Eqorova-Əsgərova martın 20-də “Facebook” səhifəsində Gürcüstana buraxılmaması ilə bağlı paylaşım edib.

Hüquq müdafiəçisi sərhəddə Daxili İşlər Nazirliyinin əməkdaşlarının təhvil verdiyi sənədi paylaşıb və orada qeyd olunub ki, onun ölkəyə buraxılmamasına səbəb “Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə cavab verməməsidir”.

"Düz 15 il sonra
məni sevimli Gürcüstana buraxmadılar. Məni heç bir izahat vermədən deportasiya etdilər. "Başqa tələblərə" görə... Artıq ölkənin harada olduğu aydındır"
- Regina Eqorova-Əsgərova yazıb.

Regina Eqorova-Əsgərova İsveçin Kvinna till Kvinna (“Qadınlar qadınlar üçün”) təşkilatının Cənubi Qafqaz və Şərqi Avropa üzrə regional direktorudur.

Regina Eqorova-Əsgərova 15 ildir Gürcüstanda yaşayır - onun ölkədə müvəqqəti yaşamaq hüququ var. Onun Gürcüstan vətəndaşı olan həyat yoldaşı və iki azyaşlı uşağı var.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google