Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Azərbaycanla
sülh müqaviləsinin imzalanması məsələsində hazır olduğunu
bildirib.
Paşinyan “X” sosial şəbəkəsində yazaraq, Azərbaycan rəhbəri İlham
Əliyevə razılaşdırılmış sülh müqaviləsi layihəsinin imzalanması
üçün danışıqlara başlamağı təklif edib.
"Ermənistan-Azərbaycan sülh müqaviləsi layihəsi
razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan prezidenti
İlham Əliyevə təklif edirəm ki, razılaşdırılmış layihənin
imzalanması ilə bağlı ümumi danışıqlara başlasın", -
deyə Paşinyan “X” üzərindən bildirib.
Martın 13-də Ermənistanın Xarici İşlər Nazirliyi, Azərbaycan Xarici
İşlər Nazirinin Ceyhun Bayramovun, Ermənistanın Azərbaycan
tərəfindən sülh müqaviləsinin layihəsinin razılaşdırılmamış
maddələri ilə bağlı təklifləri qəbul etdiyini təsdiqlədi.