"Güclü Gürcüstan"ın Marneuli qərargahında Novruz Bayramı münasibətilə tədbir keçirildi (FOTO/VİDEO)
Bu gün, 20 mart tarixində "Güclü Gürcüstan"ın Marneuli qərargahında Novruz Bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə partiyanın liderləri, Marneuli qərargahının üzvləri, dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Aqil Mustafayev qonaqları salamlayaraq, Novruz Bayramının əhəmiyyətindən danışdı. O, bildirdi ki, hər il azərbaycanlılar bu bayramı coşqu ilə qeyd edirlər.

Daha sonra "Güclü Gürcüstan"ın liderlərindən
Badri Çaparidze çıxış etdi. O, da çıxışı zamanı azərbaycanlıları baharın gəlişi münasibətilə təbrik etdi. Çaparidze çıxışında partiyanın planlarından birinin Novruz bayramının dövlət bayramı kimi qeydə alınmasını vurğuladı. O, ümid edir ki, onlar hakimiyyətə gəldikdən sonra bu məsələ üzərində işləyəcəklər və Novruz Bayramını dövlət bayramı kimi qəbul edəcəklər.

Bayram münasibətilə keçirilən görüşdə partiya liderləri və vətəndaşlar arasında ölkədə baş verən hadisələr də müzakirə olundu.

Tədbirin sonunda xatirə şəkli çəkildi və Novruz Bayramı ilə bağlı atributlarla bəzədilmiş süfrə açıldı.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google