Bu həftə beynəlxalq birjada qızılın qiyməti rekord həddə
yüksəlib.
Hazırda bir unsiya qızılın dəyəri 3,060 dollara çatıb ki, bu da
illik müqayisədə 40%-lik artımı göstərir.
Son dövrlərdə qızılın bahalaşması geosiyasi risklərin artması və
mövcud münaqişələrin gərginləşməsi ilə əlaqələndirilir. İnvestorlar
üçün belə bir vəziyyət əlverişsiz olsa da, qızılın dəyəri məhz bu
cür risklərin fonunda yüksəlir. Xüsusilə
ABŞ-ın tətbiq etdiyi
tariflər və "ticarət müharibələrinin" başlanması iqtisadi risklərin
artmasına səbəb olur.
Bundan əlavə, Rusiya-Ukrayna sülh danışıqlarının gedişi və
Zelenski-Tramp qarşıdurması gələcək perspektivlərə dair müsbət
gözləntilər yaratmır.
Sadalanan amillərlə yanaşı, investorlar qızılı həm portfellərinin
diversifikasiyası, həm də qlobal böhranlardan qorunmaq üçün
alırlar. Bundan başqa, qızılın ən iri alıcıları arasında mərkəzi
banklar və qlobal maliyyə institutları da var ki, onlar bu metaldan
ehtiyatlarını gücləndirmək məqsədilə istifadə edirlər.