Gürcüstanın Milli Statistika Xidməti tərəfindən açıqlanan işçilərin
orta əməkhaqqına dair statistik məlumatlara əsasən, 2024-cü ilin
dördüncü rübündə Kvemo Kartlidə orta əmək haqqı 1868 lari 90 tetri
təşkil edir.
Statistika Xidmətinin məlumatına görə, Kvemo Kartli Gürcüstanda
orta əməkhaqqının böyüklüyünə görə üçüncü regiondur, yalnız Tbilisi
və Mtsxeta-Mtianeti onu qabaqlayır.
Milli Statistika Xidmətinin açıqladığı regionlar üzrə orta aylıq
əməkhaqqını
təqdim edirik:
- Tbilisi şəhəri - 2 583 lari
- Mtsxeta-Mtianeti - 2086 lari 90 tetri
- Kvemo Kartli - 1868 lari 90 tetri
- Acarıstan Muxtar Respublikası - 1824 lari 50 tetri
- Sameqrelo-Zemo Svaneti - 1 489 lari
- Samtsxe-Cavaxeti - 1453 lari 70 tetri
- Şida Kartli - 1442 lari 60 tetri
- İmereti - 1,441 lari 60 tetri
- Kaxeti - 1441 lari 10 tetri
- Quriya - 1303 lari 90 tetri
- Raça-Leçxumi və Kvemo Svaneti - 1060 lari 20 tetri
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin
dördüncü rübünə Gürcüstan üzrə orta aylıq əməkhaqqı 2217 lari 50
tetri təşkil edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415