Mtatsmindada vətəndaşların foto çəkdirmək üçün daxil olduğu bina
uçub.
Hadisə nəticəsində 28 yaşlı gənc həlak olub, iki nəfər isə
yaralanıb. Bu barədə məlumatı "TV Pirveli" yayımlayıb.
Daxili İşlər Nazirliyinin "Rustavi 2"-yə verdiyi məlumata görə,
hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 240-cı
maddəsi ilə aparılır. Bu maddə dağ-mədən, tikinti və ya digər
işlərin aparılması zamanı
təhlükəsizlik qaydalarının pozulmasını
nəzərdə tutur.
Tbilisi meriyası bildirib ki, döşəməsi çökmüş və divarları uçmuş
bina meriyaya aid deyil və xüsusi mülkiyyətə məxsusdur.
Foto: Radio "Tavisupleba"