Salome Zurabişvili Litvada kimlərlə görüşüb
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Baltikyanı ölkələrə səfərinə Litvadan başlayıb.

25 mart tarixində, Salome Zurabişvili Litva Seyminin plenar iclasında çıxış edib. O, çıxışında vicdan məhbuslarından, o cümlədən Mzia Amağlobelinin işi haqqında danışıb.

Salome Zurabişvili Litva Seyminin sədri Saulius Skvernelişlə görüşüb.

"Saulius Skvernelişlə görüş. Litva bir daha Gürcüstanın Avropa yoluna dəstəyini təsdiqlədi. Sizin həmrəyliyiniz bizim müstəqilliyimizin ilk
günlərindən qərar verici olub. Gürcüstanın yanında olduğunuz üçün təşəkkür edirik",
– Salome Zurabişvili X-də Seym sədrilə görüşündən sonra yazıb.


Salome Zurabişvili Litva Parlamentinin sədri müavini Radvile Morkünaite və litvalı deputatlarla görüşüb.



Vilniusa səfəri zamanı Salome Zurabişvili həmçinin, Litva Prezidenti Gitanas Nauseda ilə də görüşüb.

Mənbə: Netgazeti









Print Email
FaceBook Twitter Google