Prokurorluq Xazaradzenin Tsulukianinin komissiyasına gəlmədiyinə görə istintaqa başlayıb

Prokurorluq “Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Mamuka Xazaradzenin “Gürcü Arzusu” Parlamentində yaradılmış istintaq komissiyasının iclasına gəlməməsi ilə əlaqədar istintaqa başlayıb.


Prokurorluqdan bildirilib ki, Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsini nəzərdə tutan və cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə və ya üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə
ilə cəzalandırılan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə istintaq başlayıb.

“Gürcü Arzusu” təkpartiyalı Parlamentdə rejimin və onun siyasi məmurlarının 2003-2012-ci illərdə fəaliyyətini araşdırmaq üçün Tea Tsulukianinin rəhbərlik etdiyi müvəqqəti istintaq komissiyası yaradıb.
Məhz bu komissiyanın müraciəti əsasında Prokurorluq Mamuka Xazaradzeyə qarşı istintaqa başlayıb.

“Gürcü Arzusu” Parlamentin istintaq komissiyası da Mamuka Xazaradze kimi istintaq komissiyasının iclasında iştirak etməyən “Güclü Gürcüstan”ın digər lideri Badri Caparidze ilə bağlı istintaqa başlamaq üçün prokurorluğa müraciət edib.

Prokurorluqdan Netqazeti-yə bildirildiyinə görə, Badri Caparidzeyə qarşı istintaq hələ başlamayıb.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google