Birjada neftin qiyməti bahalaşıb
Beynəlxalq energetika birjasında qiymət artımı müşahidə olunur.
Bir həftə ərzində neftin barel qiyməti orta hesabla 3.5% artıb və hal-hazırda Brent markalı neftin qiyməti 73 dolları, WTI markalı neftin qiyməti isə 69 dolları keçir. Rusiyadan çıxarılan Urals markalı neftin barel qiyməti isə 65 dollar
çərçivəsində dəyişir.

Neftin bahalaşmasına bir neçə amil təsir edir, əsas səbəb isə ABŞ hökumətinin ticarət müharibəsini başlatmasıdır ki, bu da dünya miqyasında iqtisadi və geosiyasi riskləri artırır.

Mənbə: BM










Print Email
FaceBook Twitter Google