Gürcüstanın aviator bazarında "Lufthansa Group"a daxil olan
İsveçrə aviaşirkəti Edelweiss Air fəaliyyətə başlayır.
Bu barədə məlumatı Vətəndaş Aviasiyası Agentliyi yayıb.
Agentliyin məlumatına görə, uçuşlar Sürix - Tbilisi - Sürix
marşrutu üzrə Tbilisi Beynəlxalq Aeroportundan həyata
keçiriləcək.
Bundan əlavə, Vətəndaş Aviasiyası Agentliyinə təqdim edilən
müraciətə əsasən, aviareyslər 12 aprel tarixindən etibarən həftədə
2 dəfə, hər çərşənbə
axşamı və bazar günü həyata keçiriləcək.
Edelweiss Air-in rəsmi veb-saytında qeyd olunduğu kimi, uçuşlar
aprel ayından oktyabr ayına qədər davam edəcək.
Biletin qiymətinə gəldikdə, 12 aprel tarixli uçuş 268 avro təşkil
edir. Lakin qiymət diapazonu dəyişkəndir və orta hesabla 189 avro
ilə 393 avro arasında dəyişir.
Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyinin Vətəndaş Aviasiyası Agentliyi bu il martın 20-də
aviaşirkətə uçuşların həyata keçirilməsi üçün müvafiq icazəni
verib.
Edelweiss Air, səyahət etmək və dincəlmək istəyənlər üçün turistik
istiqamətlər təklif etməyə yönəlib.
Vətəndaş Aviasiyası Agentliyində qeyd edildiyi kimi, aviaşirkətin
Gürcüstan aviator bazarına daxil olması, Gürcüstan ilə İsveçrə
arasında hərəkəti daha əlçatan edəcək və Avropadan turizm axınının
artmasına kömək edəcək.