Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəyanatına
görə,
Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin
Erqneti kəndi yaxınlığındakı işğal olunmuş ərazidə və işğal
altındakı Tsxinvali rayonunun Siveri kəndi yaxınlığında Gürcüstanın
iki vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Qurum bildirir ki, bu növbəti qanunsuz saxlanma hadisəsi barədə
məlumat daxil olan kimi, Dövlət Təhlükəsizliyi Xidməti Avropa
İttifaqının müşahidə missiyası tərəfindən idarə olunan
"qaynar
xətti" aktivləşdirib.
"Məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin
həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qanunsuz
saxlanılmış Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad
edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb” –
deyə bəyanatda qeyd olunub.