Svanetidə qar uçqunu nəticəsində bir turist həyatını itirib - Mestia bələdiyyəsinin meri

Dünən Svanetidə qar uçqunu nəticəsində bir turist həyatını itirib.


Həlak olan gənc qadının cəsədi artıq Kutaisi morquna aparılıb.

Mestia bələdiyyəsinin meri Kapiton Jorjoliani yayılan məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Uşqulida dörd alpinist bələdçisiz xizək sürürdü. Onlardan biri qar uçqununun qurbanı olub, digərləri isə sağ qalıb.

"Uşqulidə dörd alpinist bələdçisiz xizək sürürdü. Onlardan biri qar uçqununa
düşərək həlak olub. Digərləri isə uçqunun kənarında qalıb və sağ qalıblar. Onların heç bir xəsarəti yoxdur",
– deyə Mestia meri bildirib.

Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google