Bu il Gürcüstandan bal ixracı 96% azalıb - 5 illik statistika necədir?

Gürcüstandan bal ixracı kəskin azalıb.


Gürcüstanın Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, 2025-ci ilin ilk iki ayında ölkə cəmi 530 kiloqram təbii bal ixrac edib və bunun müqabilində 5.6 min dollar gəlir əldə edib. Halbuki 2024-cü ilin eyni dövründə Gürcüstan 86.2 min dollar dəyərində 13 ton bal satmışdı.

Bu göstəricilər bal ixracının 95.9% azaldığını
göstərir. 2025-ci ildə Gürcüstanın ixrac etdiyi balın yeganə alıcısı Ermənistan olub. Qeyd edək ki, 2024-cü ilə qədər Gürcüstan balının əsas ixrac bazarı Avropa İttifaqı idi.

Son illərdə əsas ixrac bazarları:

  • 2024 – Azərbaycan
  • 2023 – Fransa
  • 2022 – Bolqarıstan
  • 2021 – Bolqarıstan

Statistikadan görünür ki, Gürcüstanın bal ixracı ildən-ilə azalır və bu il rekord səviyyədə eniş müşahidə olunur.

Bal ixracı (yanvar-fevral ayları üzrə):

  • 2021 – 20 ton ($47.5 min)
  • 2022 – 23 ton ($72.9 min)
  • 2023 – 25 ton ($184.4 min)
  • 2024 – 13 ton ($86.2 min)
  • 2025 – 530 kq ($5.6 min)

Ümumilikdə, 2024-cü ildə Gürcüstan 271.1 min dollar dəyərində 33.8 ton bal ixrac edib ki, bu da 2023-cü illə müqayisədə dəyər baxımından 64.41%, həcm baxımından isə 69.4% azalma deməkdir.


Mənbə: BM







 

Print Email
FaceBook Twitter Google