Martın 26-da Fransa prezidenti Emmanuel Makron və onun ukraynalı
həmkarı Volodimir Zelenski Parisdə birgə mətbuat konfransında
bildirib
ki, Rusiya ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsi
qeyd-şərtsiz qəbul etməlidir.
Eyni gündə Yamaykada keçirdiyi mətbuat konfransında ABŞ dövlət
katibi Marko Rubio isə deyib ki, Vaşinqton Moskvanın atəşkəs
şərtlərini nəzərdən keçirəcək:
"Biz bunu
qiymətləndirəcəyik. Həmin şərtlərdən bəziləri bizimlə bağlı deyil –
onlar Avropa İttifaqına aiddir".
Rusiyanı "müharibə istəyi" nümayiş etdirməkdə ittiham edən
prezident Makron mətbuat konfransında atəşkəsin əhəmiyyətini
vurğulayıb:
"Bu, təcavüzkar müharibəyə son qoymaq üçün
həlledici mərhələdir".
Fransa dövlət başçısı Rusiyaya qarşı sanksiyalara da toxunaraq
əlavə edib ki, bu sanksiyaların qaldırılmasını nəzərdən keçirmək
üçün "hələ çox tezdir":
"Biz sanksiyaları
qaldırmayacağıq, ona görə ki, bu, hələ çox tezdir. Nəticə
etibarilə, sanksiyalar yalnız Rusiyanın təcavüz seçimindən asılı
olduğu üçün onların ləğvi də yalnız Rusiyanın beynəlxalq hüquqa
əməl etmək qərarından asılıdır".
V.Zelenski isə Rusiyanın Qara dənizdə atəşkəslə bağlı irəli sürdüyü
şərtlər qarşısında Ukraynanın tərəfdaşlarını "heç olmasa bizim
qədər" dözümlü olmağa çağırıb.
"Biz dözümlülüyümüzü göstərmişik. İndi
tərəfdaşlarımızın da ən az bizim qədər dözümlü olması çox vacibdir,
baxmayaraq ki, onların bunun üçün daha çox imkanları
var", – o, jurnalistlərə bildirib.
"Onlar sanksiyalarla bağlı Amerika tərəfinə şərtlər
irəli sürürlər. Əgər Amerika möhkəm dayansa... biz öz torpağımızda
dayanmışıq və özümüzü müdafiə edirik", – Zelenski
əlavə edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent martın 26-da "Fox News"a
verdiyi müsahibədə Trampın əgər bu, danışıqlarda ona üstünlük
verərsə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən
çəkinməyəcəyini bildirib. Amerikalı rəsmi əlavə edib ki,
sanksiyaların sərtləşdirilməsi və ya yüngülləşdirilməsi Rusiya
rəhbərliyinin növbəti addımlarından asılı olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415